Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı - Yenilənib
- 02.09.2024, 09:00,
- Kriminal / Təhsil
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.“Qanunyolutv.az” xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.
Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.
Qeyd edilib ki, 40 yaşlı Ülviyyə Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl Validə Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.
Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Məhkəmənin hökmü ilə Validə Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.
****
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1964-cü il təvəllüdlü Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.****
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab belə cavab verilib:“Ötən gün saat 10:55-də Astara rayonu sakini 1984-cü il təvəllüdlü (qadın cinsli) şəxs sol süd vəzisinin və döş qəfəsinin kəsilmişi yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə zəruri ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.
