34 yaşlı qadını dəhrə ilə ağır yaraladı
- 17.08.2024, 12:00,
- Kriminal
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 34 yaşlı qadına ağır xəsarətlər yetirilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Samux rayon Nəbiağalı qəsəbə sakini 1977-ci il təvəllüdlü Ə.Vəliyev qeyri-rəsmi nikahda yaşadığı 1990-cı il təvəllüdlü M.Sənəliyevaya dəhrə ilə ağır xəsarətlər yetirib.
Bildirilir ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 34 yaşlı qadın sevgi münasibətində olduğu şəxsdən ayrılmaq istəyib. Bunu qəbul etməyən Ə.Vəliyev qadının yaşadığı evə gələrək ona zərbələr endirib, daha sonra isə qaçıb.
"Qanunyolutv.az" xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Ə.Vəliyevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər həyata keçirilir.