Müdirinin maşınındakı 700 min manatdan 100 minini oğurladı - Foto

  • 10.08.2024, 11:30,
  • Kriminal
  • Baxılıb: 3
Müdirinin maşınındakı 700 min manatdan 100 minini oğurladı - Foto

Bakının Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən olunub ki, Rüfət Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700 000 manatın yüz minini talayaraq ələ keçirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter