Əhmədin məhkəməsi sentyabra qaldı
- 23.07.2024, 15:30,
- Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilməli olan proses baş tutmayıb.
Sədrlik edən hakim Səbinə Məmmədzadə bunun səbəbini təqsirləndirilən şəxsin məhkəmədə iştirakını təmin etmək üçün göndərilən bildirişin ünvana gec çatması ilə əlaqələndirib.
İşə baxan hakimlər məzuniyyətə getdikləri üçün proses sentyabrın 10-a kimi təxirə salınıb.
İlk baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilib. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən o, cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməlidir.
Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.
Bugünkü iclasda təqsirləndirilən şəxsin həbsindən bir neçə gün sonra müstəntiqə verdiyi ifadəsini elan etməli idi.
Qeyd edək ki, ilin ən dəhşətli cinayəti bu ilin fevralında baş verib. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.
