Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldü
- 23.05.2024, 14:00,
- Kriminal
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
İkisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov xüsusi tibb müəssisəsinə yerləşdirilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında belə qərar qəbul edib.
Əhməd Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə etap edilib.Təkrar ekspertiza rəyinə əsasən, Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi təsdiqini tapıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə qədər Əhməd Əhmədov haqda xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri qüvvədə qalacaq. Həmin vaxtdan sonra Əhmədovun gələcək taleyinə aydınlıq gətiriləcək.
Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə
ittiham olunur.