Bakıda 38 yaşlı kişi öldürüldü - Qadın tutuldu - Yenilənib

  • 30.05.2024, 10:00,
  • Kriminal
  • Baxılıb: 8
Bakıda 38 yaşlı kişi öldürüldü - Qadın tutuldu - Yenilənib

Bu gün saat 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində qətl törədilib.

“Qanunyolutv.az” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.
****

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Samir İsrafilovla Ruhiyyə Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter