Gənc qadın küçədə öldürüldü - Foto - Yenilənib

  • 24.11.2023, 09:30,
  • Kriminal
  • Baxılıb: 6
Gənc qadın küçədə öldürüldü - Foto - Yenilənib

Bu gün Zaqatala şəhərində qətl törədilib.

“Qanunyolutv.az” xəbər verir ki, şəhərin mərkəzində Aygün Həşimova adlı qadın küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hazırda hadisə yerində araşdırma aparılır.
****

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 24-ü saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
****

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter