Türkiyədə bu qadağalar götürülür - Ərdoğan açıqladı

  • 04.05.2020, 23:49,
  • Dünya
  • Baxılıb: 20
Türkiyədə bu qadağalar götürülür - Ərdoğan açıqladı












Türkiyədə karantin rejiminin mərhələli şəkildə yumşaldılması planlarına uyğun olaraq bu gecədən etibarən 7 əyalət arasında gediş-gəliş bərpa olunacaq.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib. Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğla şəhərləri arasındakı gediş-gəliş məhdudiyyəti aradan götürüləcək. Digər 24 əyalətdəki məhdudiyyət isə 15 gün daha uzadılıb.

Bundan başqa, bərbərxanalar, gözəllik salonları mayın 11-dən etibarən fəaliyyətə başlayacaq. Alış-veriş mərkəzləri də mayın 11-dən müştərilərə xidmət göstərəcək.

Həmçinin, maskaların bazarlarda satışına da məhdudiyyət qoyulmayacaq.

Hərbi xidmətdən tərxis olunma mayın 31-də gerçəkləşəcək. Epidemiya xəstəxanalarının sayı iyunun 1-dən etibarən azaldılaraq həmin qurumların normal fəaliyyətinə şərait yaradılacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter