“Bandotdel” Bakı və rayonlarda əməliyyat keçirdi - 19 nəfər həbs edildi

  • 27.02.2024, 17:30,
  • Kriminal
  • Baxılıb: 1
“Bandotdel” Bakı və rayonlarda əməliyyat keçirdi - 19 nəfər həbs edildi

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda və bölgələrdə əməliyyatlar keçirib.

“Qanunyolutv.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatlar üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı həyata keçirilib.

Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlifçaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərin birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter