Biri yeniyetmə olmaqla 2 qardaş maşın qaçırdı
- 04.05.2020, 23:46,
- Kriminal
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobili Saray qəsəbəsi ərazisindən qaçırılıb.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə polisə məlumat daxil olub. Hadisə mayın 2-də saat 22 radələrində qeydə alınıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.
Araşdırma aparılır.