Maskalılar maşınına oturub 10 minini apardılar
- 30.04.2020, 23:58,
- Kriminal
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər sakini C.Səfərov idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxs ona hücum edib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə aprelin 28-də saat 20 radələrində qeydə alınıb.
Avtomobilə oturan həmin şəxslər ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək gediblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.