Bakıda 21 yaşlı gənc ögey atasını öldürdü - Yenilənib
- 09.05.2023, 08:30,
- Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 8-də saat 22 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində evlərin birində 1978-ci il təvəllüdlü Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. "Qanunyolutv.az" xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlmata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu 2002-ci il təvəlldlü Elgün Nəbi oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
****
Binəqədi rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb."Qanunyolutv.az" xəbər verir ki, qurumdan bildirilib ki, mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-dişici alətlə yetirilməyə xarakterik xəsarət olan kimi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq davam edir.
