Bu məktəbin vəzifəli şəxslərinə cinayət işi açıldı - Yenilənib
- 07.11.2023, 17:30,
- Kriminal / Təhsil
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.“Qanunyolutv.az” İmişli Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
****
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi də məlumat yayıb."Qanunyolutv.az" xəbər verir ki, qurumdan bildirilib ki, İmişli rayonu Sarıxanlı kənd V. Novruzov adına 1 nömrəli tam orta məktəbdən daxil olmuş məlumata əsasən Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən məktəbdə araşdırma aparılıb.
Araşdırmanın nəticəsinə əsasən məktəbin direktoru Baxşəliyev Elşən Baxşəli oğlu ilə bağlanmış əmək müqaviləsinə 08.09.2023-cü il tarixdən xitam verilib.
