Gəncədə 2 gündə narkotiklərlə bağlı 74 nəfər tutuldu - Foto
- 24.10.2023, 08:00,
- Kriminal
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə quldurluq etməkdə və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb."Qanunyolutv.az" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbirlərlə qeyri-aşkar şəraitdə şəhər sakini olan qadına kəsici alətlə üz nahiyyəsindən xəsarət yetirərək 637 manat dəyərində əmlakını quldurluq yolu ilə keçirməkdə şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa Gəncə ŞBPİ və onun tabeli qurumlarının əməkdaşlarının oktyabr ayınını 21-23 tarixlərində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində daha 74 nəfər saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Onu da qeyd edək ki, saxlanılan şəxslərdən 12 nəfəri sükan arxasında narkotik vasitə qəbul edən şəxslərdir.
