Gəncə sakinləri narkotiklə tutuldular - Foto

  • 08.01.2022, 09:00,
  • Kriminal
  • Baxılıb: 40
Gəncə sakinləri narkotiklə tutuldular - Foto

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri - Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılaraq polis idarələrinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman “heroin”, “metamfetamin”, “qurudulmuş marixuana” və digər qanunla qadağan edilimiş müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Gəncə sakinləri narkotiklə tutuldular - Foto

Bundan başqa, araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan birbaşa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib.

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncə sakinləri narkotiklə tutuldular - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter