İş axtarmaq adı ilə çıxdı, geri qayıtmadı
- 02.05.2020, 01:53,
- Kriminal
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qadın iş axtarmaq adı ilə evdən çıxaraq itkin düşüb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
1 mkr, A. Məhərrəmov küçəsi ev 37, mənzil 35 ünvanında yaşayan İlham Səmədov dünən polis şöbəsinə müraciət edərək onunla eyni evdə yaşayan 1968-ci il təvəllüdlü Səmədova Mahirə Hənifə qızının aprelin 29-da iş axtarmaq adı ilə evdən çıxıb bir daha geri qayıtmadığını bildirib.
Müraciət əsasında Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən araşdırma aparılır.