Qızını bıçaqladı, sonra intihar etdi - Şəmkirdə dəhşət
- 03.06.2023, 11:30,
- Kriminal / Hadisə
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü Rəna Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub."Qanunyolutv.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
“İlkin araşdırmalar nəticəsində məlum olub ki, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir”, - DİN rəsmisi bildirib.
****
Şəmkir Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb: "Şəxsin qızına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
İyunun 3-də Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 1941-ci il təvəllüdlü atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir".
