“Xaqocan” ləqəbli tiktoker həbs edildi - Rəsmi
- 04.05.2023, 10:00,
- Kriminal
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib."Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: “Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.Qeyd edək ki, TikTok-da 883.3 min izləyicisi olan Xəqani Hüseynov həmin platformada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.