Narkotikə görə daha 50 nəfər saxlanıldı - Video

  • 07.04.2023, 13:30,
  • Kriminal
  • Baxılıb: 2
Narkotikə görə daha 50 nəfər saxlanıldı - Video

Mart ayı ərzində Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onlar barəsində cinayət işləri başlanılıb.

Qeyd edək ki, bu il Sabunçu keçirilən əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter