Sabunçuda narkotik satan 81 nəfər tutuldu

  • 02.03.2023, 11:00,
  • Kriminal
  • Baxılıb: 7
Sabunçuda narkotik satan 81 nəfər tutuldu

Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələri fevralda Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirənlərə qarşı əməliyyatları davam etdirib.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 21 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter