Fazil Mustafa güllələndi - Yenilənib

  • 28.03.2023, 22:30,
  • Kriminal
  • Baxılıb: 4
Fazil Mustafa güllələndi - Yenilənib

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

“Qanunyolutv.az”, “Musavat.com”a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

Fazil Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.
****

"Qanunyolutv.az" xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
****

"Qanunyolutv.az" xəbər verir ki, Fazil Mustafanın qardaşı oğlu Toğrul bildirib ki, deputat Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Hazırda əməliyyat olunur. Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hələ ki, bilinmir”, - deyə o bildirib.
****

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi başlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qeyd edilib ki, F.Mustafanın aldığı xəsarətlərdən həyatı üçün təhlükə yoxdur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter