Bəxtiyar Hacıyev Baş Polis İdarəsinə çağırılıb - Yenilənib

  • 22.06.2020, 15:45,
  • Siyasət
  • Baxılıb: 31
Bəxtiyar Hacıyev Baş Polis İdarəsinə çağırılıb - Yenilənib












Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, vəkili Aqil Layıc feysbukda bildirib ki, hazırda idarənin qarşısında onu gözləyir:

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

***

Vəkil B. Hacıyevin artıq idarədən çıxdığını bildirib.

***

İctimai fəal Bəxtiyar Hacıyev polisə çağırılmağıyla bağlı açıqlama yayıb.

B. Hacıyev sosial şəbəkə hesabında hər şeyin yaxşı olduğunu qeyd edib: “Deputat Fazil Mustafa mənim barəmdə Bakı Baş Polis İdarəsinə şikayət edib, həyatına təhdid olmağımı, “adam olmağa” çağırışımı təhdid, şantaj, hədə-qorxu saydığını bildirib.

Bununla bağlı mən Baş Polis İdarəsinə dəvət edildim, geniş izahat yazdım, millət vəkilinin vətəndaşları təhqir etməsinin yolverilməz olduğunu, deputat toxunulmazlığı arxasında gizlənərək vətəndaşları təhqir edə bilməyəcəyini bildirdim. Baş Polis İdarəsində normal şəkildə qəbul edildim, izahat yazdım, çıxdım”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter