Ağdamda iki nəfər minaya düşüb öldü - Yenilənib

Ağdamda iki nəfər minaya düşüb öldü - Yenilənib

Ağdamda iki nəfər minaya düşərək həlak olub.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə rayonun Yusifcanlı kəndində baş verib.

Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır.
****

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fakt üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.
****

Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter