Bakıda əməliyyatda “Şestoy Vüsal” saxlanıldı - Video

  • 21.02.2023, 09:30,
  • Kriminal
  • Baxılıb: 4
Bakıda əməliyyatda “Şestoy Vüsal” saxlanıldı - Video

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub, ondan silah götürülüb.

“Qanunyolutv.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, həbs edilən Vüsal Əliyev kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınıb. Onun Binəqədi və Nəsimi rayonlarının müəyyən hissələrində nüfuz sahibi olduğu bildirilir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter