Sabunçu Rayon Polis İdarəsi tərəfindən bir neçə əməliyyat keçirilib.
"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkarlanıb. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyənləşdirilib.
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin keçirdiyi əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib.
Sabunçu RPİ 42-ci Polis Bölməsinin keçirdiyi digər əməliyyatda isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 patron və həmin silaha aid patron darağı aşkarlanıb.