Avtomobilində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - Video

  • 16.01.2023, 13:30,
  • Kriminal
  • Baxılıb: 27
Avtomobilində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - Video

Sabunçu RPİ-nin keçirdiyi əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.

“Qanunyolutv.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.
Avtomobilində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - Video

Həyata keçirilən daha bir əməliyyatla avtomobilində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter