Bacısını qətlə yetirib basdırdı - Yenilənib

Bacısını qətlə yetirib basdırdı - Yenilənib

Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.

“Qanunyolu.info.az”-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərfində yerləşən dağlıq ərazidə basdırılıb.

Meyit hüquq-mühafizə orqanları təfindən basdırıldığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.

Faktla bağlı araşdırma aparılır.
****

Əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbiristanlığında dəfn edib.

Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları tərəfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə təqsirləndirilən Alim Rəsulov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter