İran vətəndaşlarından onlayn narkotik alan 46 nəfər tutuldu - Video

  • 02.02.2023, 16:30,
  • Kriminal
  • Baxılıb: 4
İran vətəndaşlarından onlayn narkotik alan 46 nəfər tutuldu - Video

Xəzər RPİ-nin şöbə və bölmələrinin yanvarda Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirdiyi əməliyyatlarla narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan 46 nəfər saxlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.

Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Şərh yaz
Детально на сайте

игры для xbox
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter