Keçmiş məhkum “Makarov”la tutuldu - Video

  • 31.01.2023, 15:00,
  • Kriminal
  • Baxılıb: 3
Keçmiş məhkum “Makarov”la tutuldu - Video

Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Fuad Abdulov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

Toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter