“Makarov” satarkən tutuldu
- 28.03.2022, 16:30,
- Kriminal
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən paytaxt sakini, əvvəllər məhkum edilmiş Tərlan Səfərov saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.