17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldatdı - Foto

  • 21.06.2022, 11:00,
  • Kriminal
  • Baxılıb: 31
17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldatdı - Foto

Lənkəranda dələduzluq edən qadın saxlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini Lalə Zeynalova rayonda vətəndaşları aldadaraq pullarını ələ keçirib. Araşdırmalar zamanı məlum olub ki, Lalə Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə ayrı-ayrı məbləğlərdə pulu mənimsəyib.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi əməliyyatla həmin qadın saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əvvəllər də Bakıda etdiyi analoji cinayət əməllərinə görə axtarışda olduğu müəyyən olunub. Həmin qadının digər şəhər və rayonlarda da bənzər cinayətlərdə iştirakı istisna edilmir.

Lalə Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter