Qızıl Aypara Cəmiyyətinin bölmə sədri saxlanıldı
- 09.06.2022, 16:30,
- Sosial / Kriminal / Xəbər
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Şirvanda dələduzluq edən qadın saxlanılıb."Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ülviyyə Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Ülviyyə Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
