Sabiq müdirə və universitet əməkdaşına hökm oxundu

  • 08.06.2022, 17:00,
  • Kriminal
  • Baxılıb: 33
Sabiq müdirə və universitet əməkdaşına hökm oxundu

Tərtər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Yaşar Məhərrəmov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qanunyolutv.az” xəbər verir ki, Yaşar Məhərrəmov tanışı, 1985-ci il təvəllüdlü Xədicə Əhmədova ilə birlikdə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, onlar Tərtərdəki bir neçə məktəbin direktorunun iş yerlərinin dəyişdirilməsi və ya Təhsil Nazirliyi tərəfindən aparılmış yoxlamaların nəticələrinin dəyişdirilməsi adı ilə xeyli miqdarda rüşvətin verilməsində iştirak ediblər. Belə ki, Yaşar Məhərrəmovun verdiyi məlumatlar əsasında Xədicə Əhmədova həmin təhsil işçilərinin özünü nazirliyin əməkdaşı kimi təqdim etdiyi Günay adlı şəxsə yönləndirib.

İstintaq orqanı onları 20 min manata yaxın rüşvət verməkdə iştirakda ittiham edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Məhərrəmova 1 il sınaq müddəti təyin edilməklə şərti cəza, Xədicə Əhmədova isə 4 il, 6 ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Xədicə Əhmədova daha əvvəl dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşayıb. O, 2011-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dispetçer vəzifəsində çalışıb.

Yaşar Məhərrəmov isə xeyli müddət Tərtərdə məktəb direktoru olub. 2019-cu ildə sabiq təhsil naziri Ceyhun Bayramovun əmri ilə Tərtər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Ötən il isə o, vəzifəsindən azad edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter