BSU-nun eks-şöbə müdiri 226 minlik rüşvətdə ittiham olunur
- 23.08.2021, 18:00,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin eks-müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə üzrə məhkəmə prosesi davam etdirilib. “Qanunyolu.info.az” xəbər verir ki, məhkəmə prosesində ittiham aktı elan edilib.
İttihamda göstərilir ki, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-ci ildən 2021-ci ilə qədər 123 tələbədən təhsil haqqı ödənişləri adı ilə 226 min manat pul alıb.
Məhkəmədə zərərçəkmiş tərəf kimi Universitet tanınıb.
Dürdanə Əliyeva özünü cinayəti bilib xəbər verməməkdə təqsirli bilib. O deyib ki, şahidlər dindirildikdən sonra ifadə verəcək.
Proses sentyabrın 6-na qədər təxirə salınıb.
Xatırladaq ki, Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
