Təranə Səmədova yenidən saxlanıldı
- 11.05.2022, 21:50,
- Kriminal / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış prodüser Təranə Səmədova bu gün polis tərəfindən saxlanılıb.“Qanunyolutv.az” xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində deyib.
“Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim”, - Lalə Azərtaş deyib.
O, sonradan Təranə Səmədova ilə danışdığını və özünün də məlumatı təsdiqlədiyini bildirib.
Təranə Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçün saxlanıldığını açıqlayıb.
Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.