Təranə Məmmədova vəfat etdi

  • 18.11.2021, 17:30,
  • Siyasət
  • Baxılıb: 42
Təranə Məmmədova vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Trend-ə Təranə Məmmədovanın yaxınları məlumat verib.

Məlumata görə, Təranə Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. Mərhum polkovnik-leytenant bu gün səhər saatlarında dünyasını dəyişib. O Yasamal qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, Təranə Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter