İranə Talışxanovaya ağır cəza verildi
- 10.05.2022, 16:30,
- Kriminal
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Dələduzluqda təqsirləndirilən iş qadını İranə Talışxanova həbs edilib.“QanunyoluTV.az” xəbər verir ki, uzun müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində araşdırılan iş bu gün yekunlaşıb. Məhkəmənin hökmü ilə İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, biznes ledi "Run Group” şirkətinin rəhbəri olub. O, qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərovla birlikdə özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim edib. Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar. İranə Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında da olub. İranə Talışxanova 11 nəfəri iş qurmaq adı ilə aldadaraq pullarını mənimsəyib.
Bildirək ki, Rəşad Cəfərov da həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.