Narkotik çəkib sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

  • 01.05.2022, 02:41,
  • Kriminal
  • Baxılıb: 29
Narkotik çəkib sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər.

"Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini Nazim Qurbanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, Nazim Qurbanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 30 gün müddətində inzibati qaydada həbs edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter