28 yaşlı oğlan başından bıçaqlandı
- 15.02.2020, 20:45,
- Kriminal
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
31 yaşlı kişi həmkəndlisini başından bıçaqlayıb."Qanunyolu.info.az", "Qafqazinfo"nun məlumatına istinadən, hadisə Zaqatalanın Qandax kəndində baş verib.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb.
Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.