Mingəçevirdə “patı” satan şəxs saxlanıldı - Fotolar
- 07.07.2021, 11:20,
- Kriminal
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb.
Axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin (patı) aşkarlanıb.
Davam etdirilən tədbirlərlə Rüstəm Muxtarovun yaşadığı ünvana da baxış keçirilib.
Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.