Sabiq “JEK” rəisi və qadın əməkdaşları hakim qarşısına çıxarılır

  • 30.12.2021, 07:30,
  • Kriminal
  • Baxılıb: 222
Sabiq “JEK” rəisi və qadın əməkdaşları hakim qarşısına çıxarılır

Bu ilin sentyabrında barələrində cinayət işi başlanan Nəsimi rayonu 14 saylı Mənzil Kommunal İstismar İdarəsinin sabiq rəisi Elçin Diniyev və sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova ilə Firəngiz Zeynalova hakim qarşısına çıxarılır.

“Qanunyolu.info.az”-ın məlumatına görə, adıçəkilən şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik edəcəyi prosesdə baxılacaq.

Onlar Cinayət Məcəlləsinin 177-189 və 179.3.2 maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş qismində isə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və “DOST” İş Mərkəzi tanınıb.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter