Mingəçevirdə saxta pul çap edən sevgililər saxlanıldı - Foto

  • 25.12.2021, 09:30,
  • Kriminal
  • Baxılıb: 107
Mingəçevirdə saxta pul çap edən sevgililər saxlanıldı - Foto

Mingəçevirdə saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilib.

Saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.

İlahə Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Mingəçevirdə saxta pul çap edən sevgililər saxlanıldı - Foto

Araşdırma zamanı məlum olub ki, Şamil Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter