Məzardakı cadunu tapmaq adı ilə 4 min aldı - Foto

  • 16.10.2021, 12:30,
  • Kriminal
  • Baxılıb: 30
Məzardakı cadunu tapmaq adı ilə 4 min aldı - Foto

Ağstafa rayonunda dələduzluq edən “falçı” saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Məlum olub ki, Gülarə Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2.000 manat pul alıb. Gülarə Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2.000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra 3-cü dəfə rayona gələn Gülarə Abıyeva məqsədinə çatmadan Ağstafa RPŞ əməkdaşları tərəfindən saxlanılıb.
Məzardakı cadunu tapmaq adı ilə 4 min aldı - Foto

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter