Biri qadın olmaqla altı nəfər narkotiklə saxlanıldı

Biri qadın olmaqla altı nəfər narkotiklə saxlanıldı

Lənkəranda keçirilən əməliyyat tədbirləri nəticəsində 6 nəfər rayon sakini saxlanılıb.

DİN mətbuat xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ramin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqramdan artıq nakotik vasitə heroin, 109 qram “patı” kimi tanınan psixotrop maddə metafetamin aşkarlanaraq götürülüb.
Biri qadın olmaqla altı nəfər narkotiklə saxlanıldı

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əzizov saxlanılıb. Onun üzərindən 561 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Digər əməliyyat tədbirləri ilə rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabarov, Vüsalə İbadova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Biri qadın olmaqla altı nəfər narkotiklə saxlanıldı

Aparılan araşdırmalarla Emin Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazalardan birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter