Gəncə sakinində narkotik və silah aşkarlandı - Fotolar

  • 04.08.2021, 10:30,
  • Kriminal
  • Baxılıb: 41
Gəncə sakinində narkotik və silah aşkarlandı - Fotolar

Gəncə şəhər sakini İlham Cəfərovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

"Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kq 510 qram çətənə kolu və 0.690 qram qurudulmuş marixuana aşkar olunub.
Gəncə sakinində narkotik və silah aşkarlandı - Fotolar

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ. Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd həmin avtomata məxsus daraq, 1 ədəd susturucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Gəncə sakinində narkotik və silah aşkarlandı - Fotolar

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter