“Rəşad Gəncinski”yə qarşı ittiham irəli sürüldü

  • 12.07.2021, 17:40,
  • Kriminal
  • Baxılıb: 32
“Rəşad Gəncinski”yə qarşı ittiham irəli sürüldü

Moskvada azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov barəsində yeni ittiham irəli sürülüb.

“Qanunyolu.info.az”, “RİA Novosti”yə istinadən xəbər verir ki, o, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunur.

İstintaq məlumatlarına görə, R. İsmayılovun 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olduğu müəyyən edilib, bu səbəbdən də ona qarşı 210.1-ci maddə üzrə ittiham elan olunub. Eyni zamanda istintaq nəticəsində onun 2009-cu ildə törədilmiş qətldə əli olduğu müəyyənləşib. Belə ki, İsmayılovun həmin ilin mayın 13-də axşam saatlarında əlbir olduğu bir şəxslə Moskvanın İsmaylovsk şossesində yerləşən kafelərdən birinə gələrək bir avtomobili odlu silahdan atəşə tutduğu, nəticədə, iki nəfərin öldüyü məlum olub.

İstintaq cinayətin şəxsi zəmində intiqam məqsədilə törədildiyini zənn edir. Rəşad İsmayılov yaxın tanışının qətlində həmin bu iki öldürülən şəxsin əlinin olduğunu hesab edib.

Hazırda istintaq orqanları Rəşad İsmayılovun Moskva ərazisində törədilmiş hər hansı digər cinayətlərdə iştirak edib-etmədiyini araşdırır.

Xatırladaq ki, “Rəşad Gəncinski” ötən ilin avqustunda vaxtından 8 il tez azadlığa çıxıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter