Həyətində əkdiyi narkotikə qulluq edərkən tutuldu - Foto

  • 26.06.2021, 09:50,
  • Kriminal
  • Baxılıb: 26
Həyətində əkdiyi narkotikə qulluq edərkən tutuldu - Foto

İsmayıllıda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-dən verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb.

Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Həyətində əkdiyi narkotikə qulluq edərkən tutuldu - Foto

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Emin Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter