49 yaşlı qadını öldürənin kimliyi açıqlandı
- 24.06.2021, 09:00,
- Kriminal
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt şəhər prokurorluğu baş verən qətllə bağlı rəsmi məlumat yayıb. "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, iyunun 23-ü saat 23 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Sevil Abdullayeva öldürülüb.
Araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.