İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu - Video

  • 14.06.2021, 08:30,
  • Kriminal
  • Baxılıb: 30
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu - Video

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

"Qanunyolu.info.az" APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kəlbəliyev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu - Video

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kəlbəliyev Masazırda yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter