Piyadanı vurub öldürən sürücü tapıldı
- 16.04.2020, 21:35,
- Kriminal
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qəza aprelin 14-də qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb.
A.Məmmədov xəstəxanada ölüb.